Messi ilə bağlı içimdə təəssüf hissi var Fermin Lopes

18.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes uşaqlıqdan futbol üzrə əsas kumirlərinin Andres İnyesta və Lionel Messi olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

İspaniyalı futbolçu İnyesta ilə heç vaxt eyni komandada oynaya bilmədiyini, Messi ilə bağlı isə xüsusi təəssüf hissi keçirdiyini dilə gətirib:

“Andreslə artıq oynaya bilməmişəm və oynaya da bilməyəcəyəm, çünki o, karyerasını başa vurub. Amma təbii ki, onunla birgə çıxış etmək çox xoşuma gələrdi. Messi ilə bağlı isə Qətərdə keçirilməsi nəzərdə tutulan, lakin baş tutmayan oyunla bağlı içimdə bir təəssüf var. Lionel ilə eyni meydanı paylaşmağı çox istəyərdim”.

Fermin Lopes “Barselona”nın digər gənc ulduzu Lamin Yamal ilə münasibətlərindən də danışıb. O, ispaniyalı vinger ilə bir komandada oynamağın futbolu daha asanlaşdırdığını söyləyib:

“Laminlə oynamaq mənim üçün çox asandır. O, ən yaxşısıdır. Belə keyfiyyətli futbolçularla oynayanda futbol daha asan olur. Həm “Barselona”da, həm də İspaniya millisində Laminlə birlikdə oynamaq mənim üçün inanılmazdır. O, hər iki komanda üçün çox vacib oyunçudur və onunla hər şey daha asan olur”.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью