Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisində Lionel Messinin vida matçından sonra komanda yoldaşları və baş məşqçi Lionel Skaloni 39 yaşlı futbolçu barədə danışıblar.
Apasport.az xəbər verir ki, Enzo Fernandes Messinin yığmadan gedişinin onun üçün emosional olduğunu bildirib:
“Leo üçün çox darıxacağıq... Bu gecə nə qədər ağladığımı təsəvvür edə bilməzsiniz. İnanılmaz idi”.
Lisandro Martinez isə Messi ilə söhbətindən danışıb:
“Leoya onu bütün qəlbimlə sevdiyimi dedim”.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni də uzun illər çalışdırdığı kapitanı barədə fikirlərini bölüşüb:
“Leo Messini çalışdırmaq mənim üçün böyük zövq və imtiyaz idi. İndi yeni istedadlarla, yeni gənc futbolçularla komanda quracağıq, fərqli yollar axtaracağıq. Amma təbii ki, Lionel Messidə olan auranı heç kimdə görməmişəm.
Yeni səhifə açacağıq. Ancaq Leonun komandaya verdiyi, ətrafına yaydığı hissi əvəz etmək mümkün deyil”.
Skaloni öz gələcəyi ilə bağlı da açıqlama verib:
“Hər şey planlaşdırıldığı kimi getsə, Argentina millisinin baş məşqçisi kimi fəaliyyətimi davam etdirəcəyəm”.
Qeyd edək ki, Messi Beninlə vida matçında (3:0) 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi Messi milli karyerasını bitirir, klubda isə... Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı Günün matçları bu kanallarda – TV AFİŞA