Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də ilin ən yaxşı oyunçusu seçilib.
QOL.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. 37 yaşlı argentinalı hücumçu 38,43 faiz səs toplayaraq mükafatın qalibi seçilib. 2-ci yerdə "Kolambus"un futbolçusu Kuço Hernandes 33,7 faiz səslə qərarlaşıb.
Qeyd edək ki, Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində 22 oyuna çıxaraq 21 qol vurub və 11 qolun ötürməsini edib.