Messi: “İlk dəfə İngiltərə ilə qarşılaşacağam, maraqlı olacaq”

12.07.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Messi: “İlk dəfə İngiltərə ilə qarşılaşacağam, maraqlı olacaq”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçu İngiltərə ilə ilk dəfə qarşılaşacağını bildirib:

“İngiltərəyə qarşı oynamaq xüsusi hissdir. Çünki onlar güclü komandadır və böyük millilərlə matçlar həmişə fərqli olur. Onlarla ilk dəfə qarşılaşacağam. İngiltərədən başqa bütün yığmalara qarşı oynamışam. Buna görə də bu baxımdan da maraqlı olacaq”.

Messi yarımfinal matçına ciddi hazırlaşacaqlarını vurğulayıb: “Bu görüşü olduğu kimi qəbul etmək lazımdır: dünya çempionatının yarımfinalı və qarşımızda çox güclü, böyük komanda var. Yenidən mübarizə aparmaq üçün matça mümkün qədər yaxşı vəziyyətdə çıxmağa çalışmalıyıq. Çox güc sərf etmişik və bəzən bu hiss olunur. Qarşılaşmaya hazırlaşacağıq”.

Argentina – İngiltərə matçı iyulun 15-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью