Messi İnter Mayami də rekorda imza atıb

07.04.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb. 

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 23 qol və 20 məhsuldar ötürməyə imza atıb. 

Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir.Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. PSJ və "Barselona"nın keçmiş ulduzu cari mövsümdə 8 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qalatasaray" Yunus Akgünü komandada saxlamaq istəyir La Liqa: Lider xal itkisi ilə üzləşdi - VİDEO Onun üçün mövsüm başa çatdı: Əməliyyat olundu Emreli oynadı, komandası məğlub oldu Braziliyalıdan maraqlı qol sevinci - VİDEO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью