Messi İnter Mayami nin məğlubiyyətinə əngəl ola bilmədi

03.04.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, "Los-Anceles"lə qarşılaşan mayamililər 0:1 hesabı ilə uduzublar. 

“İnter Mayami”nin əsas ulduzlarının hamısının - Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Albanın iştirak etdiyi matçda yeganə qolu rəqibin salvadorlu oyunşusu  Natan Ordaz vurub.

Qeyd edək ki, cavab oyunu aprelin 10-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью