Messi “İnter Mayami”nin pley offa yüksəlməsini şərh etdi

25.06.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“İnter Mayami”nin futbolçusu Lionel Messi komandasının Klublararası Dünya Çempionatında pley-offa yüksəlməsini şərh edib.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkə hesabında bunları yazıb:

“Palmeyras”ı məğlub etmək istəyirdik, amma olmadı. Lakin əsas məqam komandanın irəliləməsi idi. Bu, klubumuz üçün çox şey deməkdir. Həm “İnter Mayami”, həm də MLS adına tarixdir”.

“İnter Mayami” pley-offda PSJ ilə qarşılaşacaq. Oyun iyunun 29-da olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью