Icma.az bildirir, Apasport portalına istinadən.
Lionel Messi daha bir klubda prezident vəzifəsini icra edəcək.
Apasport.az xəbər verir ki, 39 yaşlı argentinalı ulduz İspaniyanın II Liqa təmsilçilərindən “Eldense” klubunu satın alıb.
Klub bu barədə rəsmi məlumat yayıb.
Messi əvvəlki əsas səhmdara məxsus bütün səhmləri alaraq klubun tamhüquqlu nəzarətinə sahib çıxıb.
Razılaşmanın qüvvəyə minməsi üçün İspaniyanın Ali İdman Şurasının təsdiqi tələb olunur.
1921-ci ildə yaradılan “Eldense” Alikante əyalətinin Elda şəhərini təmsil edir. Klub yeni sahiblik dövrünün idman, institusional və sosial inkişafı əhatə edən uzunmüddətli layihənin başlanğıcı olacağını açıqlayıb.
Qeyd edək ki, bu, Messinin 2026-cı ildə İspaniyada aldığı ikinci klubdur. Argentina millisinin sabiq kapitanı apreldə Kataloniyanın “Kornelya” klubunu da satın almışdı.
Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə