Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın Sequnda təmsilçisi “Eldense” klubunun sahibi olub.
QOL.az xəbər verir ki, klub Messi tərəfindən satın alındığını açıqlayıb. Bununla da 1921-ci ildə yaradılan “Eldense” üçün yeni mərhələ başlayıb.
Klubun açıqlamasında bildirilib ki, Messi rəhbərliyi ilə uzunmüddətli layihənin əsas məqsədi komandanın idman, institusional və sosial inkişafını təmin etməkdir. “Eldense” həmçinin tarixini və ənənəvi göy-qırmızı rənglərini qoruyacağını qeyd edib.
Sövdələşmənin rəsmiləşməsi üçün İspaniya Mərkəzi İdman Departamentinin müvafiq icazəsi tələb olunur.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Qeyd edək ki, “Eldense” Sequndada 7 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.