Messi Kamp Nou paylaşımı ilə Ronaldunu qabaqladı

29.11.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Superulduz Lionel Messi sosial şəbəkədə Kriştianu Ronaldunu geridə qoyub.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçu bir müddət əvvəl təmirdən çıxmış “Kamp Nou” stadionuna səfərinin videosunu yayıb. 

Paylaşım 33 658 375 bəyənmə toplayıb.

Bu göstəricidə Messi “Əl-Nəsr”lə müqavilə imzalaması ilə bağlı paylaşımı 33 milyon 237 min 176 “like” toplayan Ronaldunu ötüb.

Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, Kataloniya klubunda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. O, 10 dəfə İspaniya La Liqasının, 7 Kral Kubokunun və 4 Çempionlar Liqasının qalibi olub.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью