Messi Karlos Tevezin vida matçında iştirak edəcək

27.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Karlos Tevezin vida matçında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “El Último Baile” (“Son rəqs”) adlanan tədbirin təşkilatçıları rəsmi sosial şəbəkə hesabında məlumat yayıblar.

Messi ilə yanaşı, Xuan Roman Rikelme, Serxio Aquero, Rio Ferdinand, Martin Palermo, Canluici Buffon və Leandro Paredesin də qarşılaşmada iştirak edəcəkləri təsdiqlənib.

Qeyd edək ki, Messi və Tevez Argentina millisinin heyətində 2006 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında birlikdə çıxış ediblər.

2022-ci ilin iyununda futbolçu karyerasını başa vuran Tevez “Boka Xuniors”, “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi klubların formasını geyinib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью