Messi karyerası ilə bağlı qərarını verdi

07.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu komandası ilə müqaviləsinin müddətini uzadacaq. Təcrübəli futbolçu daha bir il Mayami klubunun formasını geyinmək niyyətindədir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью