Messi karyerasını Avropada davam etdirə bilər

21.03.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnter Mayami"nin hücumçusu Lionel Messi klubunu tərk edə bilər.

İdman.biz “TNT Sports”a istinadən xəbər verir ki, "Barselona" futbolçunun geri qaytarılması üzərində işləyir.

“Blauqrana”nın planı Messinin 2026/2027 mövsümü başlamazdan əvvəl Kataloniya komandasında görməkdir.

Bildirilir ki, Messinin geri dönməsi ilə bağlı danışıqlar "Barselona"nın ağır maliyyə vəziyyəti səbəbindən çətin keçəcək.

Qeyd edək ki, 37 yaşlı Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью