Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Argentina millisinin vingeri Lionel Messi yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Hernan Kastilyo sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, 39 yaşlı futbolçu hələ DÇ-2026-nın finalından əvvəl paltardəyişmə otağında komanda yoldaşlarına emosional çıxış edərək İspaniya ilə matçın onun Argentina millisində son oyunu olacağını açıqlayıb.
Qeyd edək ki, Argentina finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Messi turnirdə 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli