Messi Klozeni geridə qoydu Dünya çempionatlarının yeni bombardiri

22.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina millisinin kapitanı Lionel Messi növbəti tarixi rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın J qrupunda Avstriya ilə matçda fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 17-yə çatdırıb.

Bununla da Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib. Klozenin hesabında 16 qol var idi.

Qeyd edək ki, Messi mundiallarda ilk qolunu 2006-cı ildə Serbiya və Monteneqroya qarşı oyunda vurub. Argentinalı ulduz 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illər dünya çempionatlarında meydana çıxıb.

DÇ-26-nın ən sürətli qolu - Mərakeş 70 saniyəyə fərqləndi İsveçrə - Bosniya və Herseqovina: 74-dən sonra 5 qol Ronaldonun sükutu - 10 oyunluq qol həsrəti Qardaşını geridə qoydu - Qana millisində tarixi rekord Keyndən “ağ nöqtə” rekordu - DÇ-da ilk dəfə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью