Messi Klozeni geridə qoyub rekordçu oldu

22.06.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə dünya çempionatının 2-ci turunda  Avstriya ilə qarşılaşan Argentina millisinin superulduzu Lionel Messi mundiallarda qollarının sayını 17-yə çatdıraraq Almaniya seçməsinin sabiq hücumçusu Miroslav Klozenin (16 qol) rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, o, hazırda davam edən oyunun ilk yarısında hesabı açaraq Klozeni geridə qoyub.

Messi bu qarşılaşmada daha öncə penaltidən fərqlənmək imkanını qaçırıb. 

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью