Messi Klozeyə çatdı

17.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın qrup mərhələsində Argentina millisinin lideri Lionel Messi növbəti rekorduna imza atıb.

Milli.Az xəbər verir ki, Əlcəzair yığmasına qarşı keçirilən qarşılaşmada het-trik edən argentinalı futbolçu dünya çempionatları tarixinin ən məhsuldar bombardirləri sırasında almaniyalı Miroslav Klozenin göstəricisinə çatıb.

Messi görüşdə 17-ci, 60-cı və 76-cı dəqiqələrdə rəqib qapısına yol taparaq komandasının qələbəsində əsas pay sahibi olub. Bu qollardan sonra onun dünya çempionatlarındakı ümumi qol sayı 16-ya yüksəlib.

Beləliklə, Argentina millisinin kapitanı mundial tarixinin ən çox qol vuran futbolçuları siyahısında Miroslav Klozeyə şərik olub.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunun formasını geyinir. O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə mundialın gümüş medalını qazanıb. Səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülən ulduz futbolçu bu göstərici üzrə də rekord sahibidir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью