Messi klub aldı, qadın prezident istefa verdi

18.09.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İspaniyanın “Eldense” futbol klubunda rəhbər dəyişikliyi baş verib.

İdman.Biz xəbər verir ki, Karolina Olqin klubun prezidenti vəzifəsini tərk edib. Onun gedişi “Eldense”də yeni mərhələnin başlanması ilə eyni vaxta təsadüf edib.

Klubda dəyişikliklər Lionel Messinin “Eldense”nin alınması ilə bağlı hazırkı sahiblərlə ilkin razılığa gəlməsindən sonra sürətlənib. Sövdələşmənin tamamlanması üçün hüquqi prosedurların başa çatması və İspaniya Ali İdman Şurasının təsdiqi gözlənilir.

Yeni layihə çərçivəsində klubda baş məşqçi də dəyişib. Xavyer Kalexa komandanın yeni çalışdırıcısı təyin olunub. Rəhbərlik Messinin klubdakı mümkün iştirakı ilə bağlı layihənin əlavə güvən qazandığını bildirib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью