Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib

26.07.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatından sonra komanda yoldaşlarına xüsusi hədiyyə edib.

QOL.az xəbər verir ki, bu barədə millinin müdafiəçisi Markos Senesinin sevgilisi Kelsi-Rouz Bauers məlumat yayıb.

O, sosial şəbəkədə Messinin futbolçulara hədiyyə etdiyi fərdiləşdirilmiş mate dəstini nümayiş etdirib.

"Bu, Markosun turnirdən sonra aldığı, üzərində onun adı yazılmış fərdiləşdirilmiş çantadır. Messi bunu bütün futbolçulara hədiyyə edib. Dəstin içində qızılı rəngdə termos, fincan və böyük mate qabı var. Markos onu qoruyub saxlamam üçün mənə verdi və Mayamiyə gətirməyimi istədi. Həmçinin, mate hazırlamaq üçün yerba da verdi. Bu hədiyyə həqiqətən möhtəşəmdir", - deyə Bauers bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью