Messi matçın ən yaxşısı seçildi Rekordlarla dolu gecə

22.06.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Argentina millisinin kapitanı Lionel Messi Avstriya ilə oyunun ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın J qrupunun II turunda keçirilən görüşdə komandasının 2:0 hesablı qələbəsində əsas pay sahibi olub.

Messi qarşılaşmada komandasının hər iki qolunu vurub, eyni zamanda dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. Argentinalı ulduz mundiallardakı qollarının sayını 18-ə çatdıraraq Miroslav Klozeni geridə qoyub.

Bununla yanaşı, Messi qaçırdığı penalti ilə də tarixə düşüb. O, dünya çempionatları tarixində 3 penalti qaçıran ilk futbolçu olub.

Qeyd edək ki, Argentina bu qələbə sayəsində J qrupunda xalını 6-ya yüksəldib və pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

"Araz-Naxçıvan"dan yeni transfer - RƏSMİ Azərbaycanın futzal millisinin Çexiya və Latviyaya qarşı matçlarının statistikası açıqlanıb "Şahdağ Qusar"dan yeni transfer “Qarabağ”da yeni qapıçı - RƏSMİ “Qarabağ”da yeni müqavilə: KAPİTAN KOMANDADA QALDI
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью