Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İnter Mayami"nin hücumçusu Lionel Messi "Real"ın hücumçusu Kilian Mbappe haqda danışıb.
Lent.az xəbər verir ki, Messi Mbappenin Dünya Kuboku zamanı oyunundan söz açıb:
“Mbappe 2018-ci ildə Dünya Kubokunu qazandı. 2022-ci ildə o, bizə qarşı finalda (penaltilər də daxil olmaqla) dörd dəfə qol vurdu, amma çempion olmadı. Bu, çılğınlıqdır. 2014-cü ildə də oxşar bir şey hiss etdim - bu, işgəncə idi. Hələ də arxaya baxıb düşünürəm: İkiqat dünya çempionu ola bilərdim”.
Klian Mbappe yay transfer pəncərəsində “Real Madrid”ə keçib və Los Blancos ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu müddət ərzində futbolçu bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.