Messi milli komandalar tarixində assist rekordunu təkrarladı VİDEO

20.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina yığmasının futbolçusu Lionel Messi milli komandalar tarixində assist rekordunu təkrarlayıb.
Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsində, evdə Peru millisinə qarşı matçda nail olub.
 

Bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan forvard assistlərinin sayını 58-ə çatdırıb.


O, bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.
Qeyd edək ki, Argentina Perunu 1:0 hesabı ilə məğlub edib. Son dünya çempionu 25 xalla liderdir, qonaqlar 7 xalla sonuncu - 10-cu sıradadır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью