Messi milli komandalarda ötürmələrin sayına görə rekordu təkrarlayıb Doğru Xəbərlər

20.11.2024

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Argentina millisinin hücumçusu Lionel Messi milli komandalarda ötürmələrin sayına görə tarixi rekordu təkrarlayıb.

O, bir gün əvvəl DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə matçda (1:0) ötürmə edib. Bu, onun millidə 58-ci ötürməsidir.

ABŞ millisindən rekordçu Lendon Donovan da eyni rəqəmə malikdir.

Bundan əvvəl Argentina və Paraqvay milliləri arasında keçirilən oyunda Messinin hakimi təhqir etdiyi məlum olub.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью