Messi millidən gedir

21.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Lionel Messi Argentina millisindəki karyerasını bitirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Hernan Kastilyo “X” hesabında paylaşım edib. O, Messinin yaxın zamanda yığma karyerasını bitirdiyini açıqlayacağını yazıb.

39 yaşlı hücumçu ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında gümüş medalla kifayətlənib. O, mundialda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Messi Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью