Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi Argentina millisinin təlim-məşq toplanışına qatılıb.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı futbolçu millidəki vida matçı öncəsi komandanın düşərgəsinə qoşulub.
Argentina yığması oktyabrın 6-da Beninlə qarşılaşacaq. Bu Messinin yığmadakı sonuncu oyunu olacaq.
Messi 2005-ci ildə yığmada debüt edib. O, milli formada 207 oyunda 125 qol vurub.
Argentinalının son matçı oktyabrın 6-da Beninə qarşı olacaq. Tərəflər Buenos-Ayresdə yoldaşlıq oyununda üz-üzə gələcək.
Messi milli komanda ilə 2022-ci ildə dünya çempionu adını qazanıb. O, iki dəfə Amerika Kuboku, bir dəfə Finalissimanın qalibi olub.