Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çili və Kolumbiya yığmaları ilə keçiriləcək oyunlar üçün Argentina millisinin heyətinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
37 yaşlı futbolçu daha əvvəl Uruqvay və Braziliya yığmaları ilə keçirilən iki seçmə oyunu qasıq əzələsindəki zədə səbəbindən buraxmışdı. Onun yalnız milli komandanın oyunlarında deyil, həm də Klublararası dünya çempionatında iştirak edəcəyi gözlənilir.
"Çelsi" yeni mövsüm formalarını təqdim edib - FOTO Rusiya millisi Argentina yığması ilə qarşılaşacaq Günün canlı yayımlanacaq oyunları Mourinyo onu komandada saxladı - "Fənərbaxça"da yeni müqavilə Messi "Barselona"nı təbrik edib - FOTO