Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Messi Misirə qarşı oynayacaq, ya yox?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin vəziyyəti barədə danışıb.
QOL.az xəbər verir ki, o, DÇ-2026-nın 1/8 finalında Misir millisinə qarşı keçiriləcək matç öncəsi təşkil olunan mətbuat konfransında 39 yaşlı hücumçunun oyuna hazır olduğunu deyib:
"Messi yaxşıdır, heç nədən şikayət etməyib. Əvvəlki matçda 39 yaşında olmasına baxmayaraq, 120 dəqiqə oynadı. Hər hansı problemi olsa belə, bu barədə mənə heç nə deməyib. Ona görə də Misirlə oyunda meydana çıxacaq".
Qeyd edək ki, Argentina - Misir görüşü bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.