Messi MLS də diskvalifikasiya oluna bilər VİDEO

20.08.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS (Major League Soccer – Baş Futbol Liqası) çərçivəsində "Filadelfiya"ya qarşı keçirilən oyunun nəticələrinə görə diskvalifikasiya oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Oyun zamanı Messi "Filadelfiya"nın futbolçusu Kuinn Sallivanın üzünə zərbə endirib.
Diqqətçəkən məqam budur ki, qarşılaşma gedişində Messi bu qayda pozuntusuna görə sarı vərəqə almayıb.
 

Son günlərdə Messi ilə bağlı yeganə insident bu deyil. Avqustun 16-da o, MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı keçirilən və 1:4 hesabı ilə uduzduqları matçın sonunda hakimləri söyüb. Hücumçu rəqibin üçüncü qolundan sonra referinin qərarlarına etiraz edib.


Messi epizod zamanı yıxılmasına hakimin məhəl qoymadığını bildirib və buna görə xəbərdarlıq alıb. Cavab olaraq o, kinayə ilə əl çalıb. Final fitindən sonra isə Messi hakimin (Fişerin) yanından keçərkən birbaşa gözlərinin içinə baxaraq söyüş söyüb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью