Messi MLS də ən sərrast futbolçu oldu

19.10.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ötən gecə MLS-də son turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, "İnter Mayami" səfərdə "Neşvill"i darmadağın edib. Qarşılaşma 5-2 hesabı ilə başa çatıb.

Bu oyunda het-triklə yadda qalan Lionel Messi 29 qolla qolla bombardirlər yarışının zirvəsinə yüksəlib. 

İkinci yeri Denis Buanqa (Los Angeles) və Sem Serric (Neshvill) bölüşürlər, hər ikisinin aktivində 24 qol var. "Los-Anceles"in formasını geyinən Buanqanın hələ də ikinci olmaq şansı var. Onun komandasının "Kolorado Rapid"lə qarşılaşacaq. 

Qeyd edək ki, Messi məhsuldar ötürmə sayında da (19) liderdir. "San Dieqo"nun yarımmüdafiəçisi Anders Dreyer (18) ikincidir və onun "Portlend Timbers"lə matçda göstəricini yaxşılaşdırmaq şansı var. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью