Messi MLS də ən yaxşı seçildi

30.07.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

ABŞ çempionatında iyul ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ayın ən yaxşısı adına "İnter Mayami"nin hücumçusu Lionel Messi layiq görülüb. 

Argentinalı forvard iyul ayında 5 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ilin yayından "İnter Mayami"də oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью