Messi MLS də unikal rekorda imza atıb

07.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS tarixində unikal rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, argentinalı hücumçu “Atlanta Yunayted”lə ev oyununda (2:2) bir məhsuldar ötürmə edib. Bununla da onun cari mövsümdə qol və assistlərinin ümumi sayı 30-a (18 qol, 12 məhsuldar ötürmə) çatıb.

Ulduz futbolçu MLS tarixində 3 müxtəlif mövsümdə 30 və daha çox qolun vurulmasında birbaşa iştirak edən ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Atlanta Yunayted”lə qarşılaşma argentinalı ulduzun milli komandadakı karyerasını başa vurduğunu açıqlamasından sonra keçirdiyi ilk oyun olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью