Messi MLS in bombardirlər siyahısında birinci oldu

14.10.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“İnter Mayami”nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi “Atlanta Yunayted”lə qarşılaşmada (4:0) vurduğu dubldan sonra MLS-in bombardirlər cədvəlində ilk pilləyə yüksəlib.  
Yeniavaz.com
xəbər verir ki, bununla da o, mövsümün əvvəlindən 24 qol vuran “Los-Anceles”in qabonlu hücumçusu Denis Buanqanı qabaqlayıb.
Qeyd edək ki, Messi mövsümün əvvəlindən 27 matçda 26 qol vurub, 19 məhsuldar ötürmə edib. Xatırladaq ki, “İnter Mayami”nin növbəti oyunu oktyabrın 19-da “Neşvill”lə olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью