Messi MLS in bombardirlər yarışında liderliyə yüksəlib

13.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Səkkiz dəfə "Qızıl top" sahibi olan argentinalı hücumçu Lionel Messi MLS-in ("Major League Soccer") müntəzəm çempionatının "Neşvill"ə qarşı ev oyununda (2:2) qol vurub.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, Messi bu mövsümdə 19-cu, karyerasında isə 928-ci qolunu vurub.

Nəticədə Messi çempionatın bombardirlər yarışında vahid liderə çevrilib. O, 18 qol vuran "Dallas"ın futbolçusu Petar Musanı qabaqlayıb.

Messi MLS-də ardıcıl qol vurduğu oyunların sayını yeddiyə çatdırıb. Bu müddət ərzində onun hesabında 7 qol və 4 məhsuldar ötürmə olub.

"İnter Mayami" 25 oyundan sonra 45 xalla Şərq Konfransının turnir cədvəlində ikincdir. "Neşvill" isə 54 xalla liderdir.

MLS-in növbəti oyununda "İnter Mayami" sentyabrın 21-də "San Dieqo"nu qəbul edəcək. "Neşvill" isə bir gün əvvəl evdə "Çikaqo" ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью