Messi niyə ağlayıb...

18.06.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Argentina milli komandasının hücumçusu Lionel Messi Dünya Çempionatı-2026-nın qrup mərhələsinin 1-ci turunda Əlcəzairlə oyunda vurduğu ilk qoldan sonra göz yaşlarını saxlaya bilməyib.
Modern.az xəbər verir ki, bu barədə “La Opinion” məlumat yayıb.

Bildirilib ki, futbolçunun ağlamasına səbəb atasının səhhətilə bağlı olub. Belə ki, 67 yaşlı Xorxe Messinin səhhəti bu həftə pisləşib, lakin onun diaqnozu barədə məlumat verilmir.

Oyun sonrası Lionel Messi bildirib ki, onun reaksiyası futbol ilə bağlı olmayıb və son günlərdə çətin anlar yaşadığını qeyd edib.

Xatırladaq ki, Argentina Əlcəzairi 3:0 hesabı ilə məğlub edib, Lionel Messi isə het-trik müəllifi olub.

38 yaşlı hücumçu dünya çempionatları tarixində 16 qolla Almaniya futbolçusu Miroslav Klose ilə birlikdə turnirin ən yaxşı bombardirləri siyahısında birinci yeri bölüşür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью