Messi nüfuzlu mükafatı İspaniya şahzadəsinin əlindən aldı

23.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi müxtəlif sahələrdə müstəsna xidmətlərə görə təqdim edilən nüfuzlu 2026-cı il Asturiya Şahzadəsi İdman Mükafatına (Premio Princesa de Asturias de los Deportes 2026) layiq görülüb.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçuya mükafatı İspaniya taxt-tacının varisi şahzadə Leonor təqdim edib.

Mükafatlandırma mərasimi oktyabrın 23-də İspaniyanın Asturiya bölgəsində keçirilib. Messi tədbirdən bir gün əvvəl həyat yoldaşı Antonella Rokutso ilə birlikdə İspaniyaya gəlib. Onun xanımı da mərasimdə iştirak edib.

Təşkilatçılar 39 yaşlı futbolçunun təkcə idman nailiyyətlərini deyil, xeyriyyəçilik sahəsindəki fəaliyyətini də yüksək qiymətləndiriblər.

Messi cari mövsümdə “İnter Mayami”nin heyətində 32 oyuna çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə verib.

Argentinalı hücumçunun komandası oktyabrın 25-də MLS çərçivəsində “Nyu-York Red Bullz”la qarşılaşacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью