Messi: “O an gəldi”

06.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Lionel Messi bu gecə Argentina millisi ilə son matçına çıxacaq.

Futbolpress.az xəbər verir ki, o, Beninlə yoldaşlıq oyununda forma geyinəcək. Messi vidası ilə bağlı sosial şəbəkə hesabında bunları yazıb:

“O an gəldi. Rahat ayrılıram, bu formanı illərlə qürurla daşıdım. Mənə dəstək olduğunuz üçün çox sağ olun. Sizi hər zaman qəlbimdə yaşadacağam”.

Messi 2005-ci ildə yığmada debüt edib. O, milli formada 207 oyunda 125 qol vurub.

Argentinalının son matçı oktyabrın 6-da Beninə qarşı olacaq. Tərəflər Buenos-Ayresdə yoldaşlıq oyununda üz-üzə gələcək.

Messi milli komanda ilə 2022-ci ildə dünya çempionu adını qazanıb. O, iki dəfə Amerika Kuboku, bir dəfə Finalissimanın qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью