Messi o məşhur şəkildən danışdı “İnanılmazdır”

18.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Messi o məşhur şəkildən danışdı - “İnanılmazdır”

Argentina millisinin kapitanı Lionel Messi 2007-ci ildə altı aylığında olan Lamin Yamal ilə çəkilmiş şəkil barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, hazırda İspaniya millisinin və “Barselona”nın şərəfini qoruyan Yamal ilə Messi bazar günü keçiriləcək DÇ-2026-nın finalında rəqib olacaqlar.

“Marca” nəşrinin məlumatına görə, argentinalı hücumçu həmin fotoya münasibət bildirərkən bunları deyib:

“Lamin o zaman körpə idi, indi isə biz dünya çempionatında qarşılaşırıq. Həmin şəkildən sonra hər ikimizin mundialda oynaması inanılmazdır”.

Qeyd edək ki, İspaniya və Argentina yığmaları arasında final görüşü Bakı vaxtı ilə iyulun 20-də saat 23:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью