futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Çinçinnati”nin qonağı olub. Matç “İnter Mayami”nin məğlubiyyəti ilə başa çatıb – 0:3.
Messi bu görüşdə start heyətdə meydana çıxıb və əvəzlənmədən oynayıb.
“İnter Mayami” 20 oyundan sonra 38 xalla 5-ci sıradadır.