Messi penalti vura bilmədi, komandası darmadağın OLDU

16.08.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 16-na keçən gecə MLS müntəzəm çempionatında argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" "Neşvill"in qonağı olub.

Redaktor.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Hani Muxtar dubl edib. Digər qolları isə Endi Naxar və Sem Sarric vurublar.

"İnter Mayami"nin heyətində Telasko Seqoviya fərqlənib. Məhsuldar ötürmə ilə yadda qalan Messi oyunun gedişatında penaltini qola çevirə bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью