Messi: “PSJ dəyər verdiyim klubdur”

30.06.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“İnter Mayami”nin futbolçusu Lionel Messi Klublararası Dünya Çempionatında PSJ-yə uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkə hesabında 0:4 hesabıyla bitən matçla bağlı bunları yazıb:

“Klublararası Dünya Çempionatında Çempionlar Liqasının son qalibinə məğlub olaraq vida etdik. PSJ dəyər verdiyim klubdur və orda yenidən gördüyümə şad olduğum insanlar var.

Turniri qürurla başa vurduq. Əsas hədəf qrupdan çıxmaq idi və buna nail olduq. İndi bütün diqqətimizi MLS-ə verəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью