Messi “Qalatasaray”a keçə bilər

06.11.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubu “İnter Mayami”də forma geyinən argentinalı ulduz futbolçu Lionel Messi ilə yaxından maraqlanır.

Missiya.Az xəbər verir ki, bu barədə “Fotomaç” qəzetinin baş redaktoru Zeki Uzundurukan məlumat yayıb.

Onun sözlərinə görə, cimbom yanvar ayında Messini heyətinə cəlb etməyə çalışacaq.

Türkiyəli jurnalist qeyd edib ki, Messi 2026-cı il Dünya Kuboku səbəbindən MLS-də yaranan fasilədən sonra 4 ay müddətinə sarı-qırmızılara transfer oluna bilər.

Messinin menecerlər tərəfindən "Qalatasaray"a təklif olunduğu və rəhbərliyin 38 yaşlı futbolçunun vəziyyətini yaxından izlədiyi bildirilib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью