Messi qayıtmaq fikrində deyil

30.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter Mayami”nin hücumçusu Lionel Messi sabiq klubu “Nyuellz Old Boyz”a qayıtmaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Argentinalı hücumçu Mayami təmsilçisi ilə müddəti 2028-ci ilə kimi olan müqaviləsinin sonuna qədər klubda qalmaq niyyətindədir.

İndiki məqamda Messinin Argentinaya qayıdışı ilə bağlı hansısa danışıq yoxdur.

Lionel “Nyuellz Old Boyz” klubunun yetirməsidir. O, 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. 2021-2024-də PSJ-də forma geyinən argentinalı futbolçu 2024-cü ilin yayından “İnter Mayami”də forma geyinib.

Messi bu mövsüm 29 oyunda 25 qola imza atıv.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью