Messi qolların sayını 20 yə çatdırıb

21.09.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ-nin “İnter Mayami” klubunun ulduz hücumçusu Lionel Messi cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.

Teleqraf xəbər verir ki, argentinalı futbolçu buna MLS-in XXX turunda “San Dieqo” ilə qarşılaşmada nail olub.

2:2 hesabı ilə başa çatan görüşdə Messi cərimə zərbəsindən birbaşa zərbə ilə fərqlənib.

Bu qol 39 yaşlı hücumçu üçün cari mövsümdə 20-ci olub.

Messi bununla MLS-in bombardirlər siyahısında liderliyini möhkəmləndirib. “Dallas”ın futbolçusu Petar Musa 18 qolla ikinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью