Messi qrup mərhələsinin bombardiri oldu Şərikli rekordçulara çata bildimi?

28.06.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı bombardiri bəlli olub.

Fanat.Az xəbər verir ki, Argentinanın futbol yığmasının hücumçusu Lionel Messi 6 qolla bütün rəqiblərini qabaqlayıb.

O, Əlcəzairə qarşı start oyununda het-triklə yadda qalıbsa, ardından Avstriyanın 2:0 hesabı ilə yendikləri dueldə komandasının hər iki qoluna imza atıb. Leo bu gün İordaniya seçməsinin də qapısına yol taparaq Argentinanın 3:1 hesablı qələbəsində pay sahibi olub. 

Messi dünya çempionatları tarixində qrup mərhələsində 6 qol həddinə çata bilən beşinci oyunçu olub. Daha öncə macarıstanlı Sandor Koçiş (1954) və alman Gerd Müller (1970) 7 qola sevinməyi bacarıblar. Fransalı Jüst Fontenlə (1958) rusiyalı Oleq Salenko (1994) isə qrupda hərəyə 6 dəfə səhnəyə çıxıblar. 

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью