Messi rekordlardan doymur

04.07.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Dünya çempionatının 1/16 finalında Kabo Verde yığmasını 3:2 hesabı ilə üstələyən Argentina millisinin 39 yaşlı superulduzu Lionel Messi bir neçə rekordla yadda qalıb.

Fanat.Az xəbər verir ki, matçın 29 dəqiqəsində hesabı açan Leo mundiallarda vurduğu qolların sayını 20-yə çatdıraraq öz rekordunu yeniləyib.

İkinci yerdəki Kilian Mbappenin hesabında 18 qol var.

7 qolla DÇ-2026-nın bombardirlər cədvəlində şəriksiz lider mövqeyinə yüksələn təcrübəli forvard mundiallarda 14 fərqli yığmanın qapısına yol tapmağı bacaran yeganə oyunçu ünvanını da ələ keçirib.

Tarixdə Messidən başqa nə iki müxtəlif DÇ-nin hərəsində 7 dəfə adını tabloya yazdıran oyunçu olub, nə də mundialların bütün mərhələlərində qol vurmağı bacaran.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью