Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
MLS liqasında bu gecə "Orlando Siti"ni səfərdə geridönüşlə məğlub edən (4:2) "İnter Mayami"nin superulduzu Lionel Messi oyuna yalnız dubl etməklə deyil, həm də gündəm olan jesti ilə damğa vurub.
Fanat.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu meydan sahibləri 2 top fərqi ilə önə keçərkən ona yaxınlaşan və nəsə deyən rəqib baş məşqçi Oskar Parexanın davranışından narazı qalıb.
Matçın sonlarında cərimə zərbəsindən topu tora qovuşduran Leo "Orlando"nun texniki zonasına baxaraq "gəl sənə avtoqraf verim" jesti göstərib.
Xatırladaq ki, Messi hər iki qolu matçın ikinci yarısında vurub.
Toğrul