Messi “River Pleyt”in fəxri üzvü seçilib FOTO

07.10.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi “River Pleyt”in fəxri üzvü seçilib.

Apasport.az xəbər verir ki, bu barədə Buenos-Ayres təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentina millisində Beninlə keçirilən vida matçından əvvəl (3:0) Messi klubun prezidenti Stefano Di Karlo ilə görüşüb.

Funksioner 125 illik yubileyə həsr olunmuş, üzərində 10 nömrə və Messinin soyadı yazılan xüsusi formanı, üzvlük vəsiqəsini və fəxri üzv statusunu təsdiqləyən xatirə lövhəsini futbolçuya təqdim edib.

Qeyd edək ki, Messi karyerası ərzində heç vaxt “River Pleyt”də çıxış etməyib. O, Argentinada uşaq yaşlarında “Qrandoli” və “Nyuells Old Boyz” klublarında oynadıqdan sonra ailəsi ilə birlikdə İspaniyaya köçüb və “Barselona”nın akademiyasına qoşulub.

TFF növbədənkənar seçkiyə gedir – Kritik iclas Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan” “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi Messi milli karyerasını bitirir, klubda isə...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью