Messi: Ronaldo mənim üçün ən yaxşısı idi

04.02.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Argentina millisinin və "İnter Mayami"nin futbolçusu  Lionel Messi həyatında gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu əfsanəvi oyunçu, braziliyalı sabiq forvard Ronaldonu fərqləndirib:

“Ronaldo fenomen idi. Gördüyüm bütün futbolçular arasında Ronaldo mənim üçün ən yaxşısı idi. Ona necə baxmağınızdan asılı olmayaraq, heyrətamiz oyunçudur".

Xatırladaq ki, Ronaldo 2 dəfə “Qızıl top”u (1997, 2002) və 2 dəfə də dünya kubokunu (1994, 2002) qazanıb. 2002-ci ildə o, turnirin bombardiri olub. Ronaldo karyerası ərzində Amerika kubokunu və Konfederasiyalar kubokunu da qazanıb. Forvard karyerasını 2011-ci ildə başa vurub.

“Beşiktaş”ın futbolçusu "Monako"da - RƏSMİ İsveç millisinin üzvü “Borussiya Dortmund”da 3 xal "Qalatasaray"a baha başa gəldi “Bavariya” Noyerlə davam dedi Mahirin komanda yoldaşı İngiltərə komandasında - rəsmi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью