Messi Ronaldonu ötdü

20.07.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

ABŞ-da MLS-in növbəti turu çərçivəsində keçirilən oyunda “İnter Mayami” səfərdə “Nyu-York Red Bulls” üzərində 5:1 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, qonaqların heyətində argentinalı hücumçu Lionel Messi dubl edib. Bu qollar onun karyerasında penaltilər nəzərə alınmadan vurduğu 763-cü və 764-cü qollar olub.

Bununla da Messi bu göstəricidə yenidən əsas rəqibi Kriştiano Ronaldonu qabaqlayıb. Hazırda portuqaliyalının aktivində penalti zərbələri istisna olmaqla 763 qol var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью