Messi Ronaldonun qonağı olacaq?

18.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo gündəmi zəbt edən bir paylaşım edib. 

"Cebheinfo.az" xəbər verir ki, o, "YouTube" kanalına gələcək növbəti qonaqla bağlı iddialı anons verib. "Bir sonrakı "YouTube" qonağım ilə interneti dağıdacağıq", - deyə  qeyd edib.

Ronaldonun bu paylaşımı sosial şəbəkələrdə viral olub. Bütün dünyada qonağın kim olacağı ilə bağlı müxtəlif iddialar səsləndirilib. Ən çox paylaşılan iddia isə dünya çempionu Leo Messi olub. Sosial şəbəkə istifadəçiləri düşünürlər ki, Leo Messi əzəli rəqibi Kriştiano Ronaldonun "YouTube" kanalında qonaq olacaq. Qeyd edək ki, Ronaldonun "UR Cristiano" adlı "YouTube" kanalı açıldıqdan sadəcə 90 dəqiqə sonra 1 milyon abunə sayını keçib. Ulduz futbolçu 1 həftə keçmədən isə 50 milyon abunə sayına çatıb. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью